Az | EN

WhatsApp Web-ə səsli və görüntülü zəng funksiyası əlavə olunur

Cəmil Hüseynzadə
30 İyul 2026 15:36
63 baxış
WhatsApp Web-ə səsli və görüntülü zəng funksiyası əlavə olunur

Meta WhatsApp Web üçün səsli və görüntülü zəng funksiyalarını mərhələli şəkildə istifadəyə verməyə başladığını açıqlayıb.

Yenilik sayəsində istifadəçilər artıq masaüstü tətbiqini yükləmədən, birbaşa brauzer vasitəsilə fərdi və qrup səsli və görüntülü zənglər edə biləcəklər. Bundan əlavə, aktiv qrup zənglərini telefon və ya planşetdən WhatsApp Web və ya Desktop versiyasına zəngi dayandırmadan köçürmək mümkün olacaq.

Yenilənməyə həmçinin zənglər üçün gözləmə otağı (Waiting Room) funksiyası da əlavə edilib. Bu funksiya vasitəsilə zəng təşkilatçıları dəvət linki ilə qoşulmaq istəyən iştirakçıları əvvəlcədən təsdiqləyə biləcəklər.

Meta bildirir ki, videozənglər qısa müddət ərzində avtomatik olaraq HD (yüksək keyfiyyət) rejiminə keçəcək. İstifadəçilər həmçinin zəng parametrlərindən səs-küyün azaldılması (Noise Suppression) funksiyasını aktiv və ya deaktiv edə biləcəklər.

Şirkətin məlumatına görə, yeni funksiyalar hazırda mərhələli şəkildə təqdim olunur və yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.

© copyright 2022 | tech.az | info@tech.az