Az | EN

WhatsApp yeni funksiyası üzərində sınaqlara başlayıb

Bənövşə Kazımova
14 Noyabr 2022 11:29
407 baxış
WhatsApp yeni funksiyası üzərində sınaqlara başlayıb

Bir müddət əvvəl verilən açıqlama ilə Android istifadəçilərinin eyni anda digər Android telefon və planşetlərindəki mövcud hesablarına daxil ola biləcəkləri bir versiyanın təqdim olunacağı bildirilmişdi. Artıq bəzi beta istifadəçiləri funksiyanı sınaqdan keçirməyə başlayıblar.

Bu funksiya təkcə planşetləri deyil, müxtəlif Android smartfonlarını da əhatə edəcək. Beləliklə, iki smartfonunuz varsa, eyni WhatsApp hesabından iki fərqli cihazda istifadə edə biləcəksiniz. Əlavə olaraq bildirək ki, hesabınızı yeni cihazda istifadə etməyə başladığınız zaman söhbət tarixçəniz iki cihaz arasında sinxronlaşdırılacaq. Funksiya hazırda Beta versiyasında olduğundan bəzi funksiyalar hələ aktiv olmaya bilər. Məsələn, canlı məkan və ya teqlər sinxronlaşdırılmaya bilər.

Hazırda “WhatsApp” hesabından dörd fərqli cihazda eyni vaxtda istifadə etmək mümkündür. Bundan əlavə, mesajlar istifadə olunan bütün cihazlarda ucdan-uca şifrələnir. Funksiya hazırda yalnız bir neçə ölkədə mövcuddur. Bütün WhatsApp istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil. 

© copyright 2022 | tech.az | info@tech.az