Az | EN

Wildberries hotellərini açmağa başlayıb

Cəmil Hüseynzadə
05 Yanvar 2026 15:20
193 baxış
Wildberries hotellərini açmağa başlayıb

Wildberries & Russ (RVB) birgə şirkətinə məxsus WB Travel xidməti turizm operatoru Fun&Sun ilə əməkdaşlıq çərçivəsində “brendli otel konsepsiyası”nı istifadəyə verib. Bu barədə məlumatı marketpleysin mətbuat xidməti yayıb.

İlk otel — WB Travel Dreams Vacation — 2026-cı il fevralın 15-də Misirdə açılacaq. Hazırda oteldə yaşayış korpusları, restoran, lobbİ və digər ictimai məkanlarda genişmiqyaslı yenidənqurma işləri aparılır.

“Vestnik ATOR” nəşrinin yazdığına görə, hazırda bu otel axtarış sistemlərində Dreams Vacation Resort 4* adı ilə tanınır və Şarm əl-Şeyxin ətraf ərazisində yerləşir. Gələcəkdə isə otel yalnız Wildberries və Fun&Sun-un təkliflər siyahısında eksklüziv şəkildə təqdim olunacaq.

RVB-nin planlarına əsasən, 2026-cı il ərzində Misir və Türkiyədə WB Travel brendi altında daha bir neçə otelin istifadəyə verilməsi nəzərdə tutulur. Layihəyə yatırılan investisiyaların həcmi və tərəfdaşlıq şərtləri açıqlanmır.

“Vestnik ATOR” həmçinin bildirir ki, Fun&Sun digər tərəfdaş otellərlə birlikdə bir neçə “brendli konsepsiya” da inkişaf etdirir. Turizm operatorunun açıqlamasına görə, həmin otellər fəaliyyətlərini mövcud brendlər altında davam etdirəcək, WB Travel otel konsepsiyasının inkişafı isə Wildberries ilə əməkdaşlıq çərçivəsində ayrıca istiqamət kimi həyata keçiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az