Az | EN

Wiz Google-un 23 milyard dollarlıq alış təklifini rədd edib

Cəmil Hüseynzadə
23 İyul 2024 12:01
519 baxış
Wiz Google-un 23 milyard dollarlıq alış təklifini rədd edib

Kibertəhlükəsizlik startapı Wiz, müstəqil qalmaq istədiyini bildirərək Google-un 23 milyard dollarlıq satın alma təklifini rədd edib.

Nyu-Yorkda yerləşən startap və Google bir müddətdir ki, nəhəng satınalma müqaviləsi üçün danışıqlar aparır; Google Wiz-i əldə etmək üçün şirkətin son dəyəri olan 12 milyard dolların təxminən iki qatını təklif edib.

Wiz CEO-su Assaf Rappaport 1200 qlobal əməkdaşına çox danışılan satınalma müqaviləsindən çəkildiklərini bildirmək üçün elektron poçt göndərib. İnvestorların dəstəyi ilə müstəqil qalmağı seçdiklərini bildirən Rappaport, göndərdiyi e-poçtda "Belə təvazökar təkliflərə yox demək çətindir, amma qeyri-adi komandamızla bu seçimi edəcəyimə əminəm" qeydini edib.

Dörd təsisçi tərəfdaşın hər birinin Wiz-də 9% payı var və startapın investorları arasında Index Ventures, Thrive Capital və Sequoia kimi mühüm adlar var.

Rappaport komandasına göndərdiyi e-poçtun davamında Wiz-i qurmağa davam etməyi seçdiklərini vurğulayır və “Növbəti məqsədimiz illik gəlirimizi 1 milyard dollara çatdırmaq və ictimaiyyətə çıxmaqdır” deyir.

“Bu xəbərdən sonra yaşadığımız bazar yoxlaması həm təhlükəsizlik, həm də inkişaf komandalarının sevdiyi platforma yaratmaq məqsədimizi daha da gücləndirir. Biz dünyanın ən yaxşı kibertəhlükəsizlik şirkətini qurarkən əməkdaşlarımızın, investorlarımızın və müştərilərimizin etibarına görə minnətdarıq.

Bu günlərdə zəhmətinizə və diqqətinizə görə, bizə yolda qalmağa və rübü həmişəkindən daha güclü başa vurmağa kömək etdiyiniz üçün təşəkkür edirik."

© copyright 2022 | tech.az | info@tech.az