Az | EN

Wolt çatdırılma xidməti Xankəndidə fəaliyyətə başlayıb

Cəmil Hüseynzadə
06 Oktyabr 2025 14:17
46 baxış
Wolt çatdırılma xidməti Xankəndidə fəaliyyətə başlayıb

Qida çatdırılma platforması Wolt 2 oktyabrdan etibarən Xankəndidə fəaliyyətə başladığını açıqlayıb. Şirkətin məlumatına görə, istifadəçilər artıq tətbiq vasitəsilə şəhərdəki restoranlardan sifariş verə və çatdırılma xidmətindən yararlana bilirlər.

Bildirilib ki, oktyabr ayının sonunadək bütün restoranlardan çatdırılma haqqı ödənişsiz olacaq. İstifadəçilər sifarişlərini həm nağd, həm də bank kartı ilə ödəyə biləcəklər.

Sifariş prosesi Wolt tətbiqinə daxil olaraq restoran seçmək, məhsulu səbətə əlavə etmək və ödəniş üsulunu təsdiqləməklə həyata keçirilir. Şirkət, xidmətin məqsədinin istifadəçilərə rahat və sürətli çatdırılma imkanı yaratmaq olduğunu qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az