“Wolt”un rahat və sürətli çatdırılma xidməti artıq Şəkidə istifadəyə verilib.
“Wolt Bakı” Azərbaycanda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində
fəaliyyət göstərən texnologiya və logistika şirkətidir.
Şirkət Azərbaycanın regionlarında genişlənməsini davam etdirərək artıq Şəki şəhərində də fəaliyyətə başlayıb.
Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir.
“Wolt”un yeni şəhərlərdə istifadəyə verilməsi, şirkətin məqsədinə – Azərbaycanın bütün bölgələrində eyni səviyyədə yüksək xidmət keyfiyyəti təmin etmək istiqamətində atılmış mühüm addımdır. Artıq Şəkidə yaşayan istifadəçilər “Wolt” tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər. Çatdırılmalar tez, etibarlı və izlənə bilən formada həyata keçirilir.
Yerli sahibkarlar üçün isə “Wolt” yalnız çatdırılma xidməti deyil, həm də rəqəmsal satış kanalı və marketinq dəstəyi platforması rolunu oynayır. Şirkət tərəfdaşlarına yeni müştərilərə çıxış imkanı, analitika alətləri və platformada görünürlük imkanı təqdim edərək, onların satışlarını artırmağa və bizneslərini inkişaf etdirməyə şərait yaradır.
Yeni şəhərin xəritəyə əlavə olunması ilə “Wolt” Azərbaycanın regionlarında rəqəmsal transformasiyanı sürətləndirmək, yerli iqtisadiyyata dəstək vermək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədini davam etdirir. Şirkət həm yerli sahibkarlar, həm də kuryerlər üçün yeni gəlir imkanları yaradaraq, regionlarda məşğulluğun artmasına da töhfə verir. Şəkidə “Wolt”un istifadəyə verilməsi, şirkətin Azərbaycan bazarına uzunmüddətli strateji yanaşmasının bir hissəsidir.
“Wolt” haqqında
“Wolt” - 2014-cü ildə Finlandiyada yaradılmış texnologiya şirkətidir. Hazırda “DoorDash” qlobal ailəsinin bir hissəsi olan “Wolt” 25-dən çox ölkədə 300-dən çox şəhərdə fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət göstərir. Azərbaycanda “Wolt” paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şuşa, Xankəndi, Qəbələ, Mingəçevir, Naxçıvanda da aktivdir və məqsədi ölkənin bütün şəhərlərində rahat, texnologiya əsaslı çatdırılma təcrübəsini əlçatan etməkdir. Odur ki, yaxın zamanda yeni şəhərlərdə də xidmətinizdə olacaq. “Wolt” tətbiqini “App Store” və “Play Store”dan asanlıqla yükləyib istədiklərinizi sifariş edin və sürətli çatdırılmadan zövq alın.
