Az | EN

X-də Grok yeniliyi: Postları artıq süni intellekt redaktə edəcək

Nigar Sultanli
27 Noyabr 2025 14:19
31 baxış
X-də Grok yeniliyi: Postları artıq süni intellekt redaktə edəcək

X sosial şəbəkəsi süni intellekt əsaslı Grok köməkçisini sistemə tam inteqrasiya edib. Bu yenilik sayəsində istifadəçilər həm paylaşımlarını daha rahat hazırlaya, həm də xəbər lentini yeni qaydada görə biləcəklər.

Artıq yeni bir paylaşım hazırlayarkən Grok sizin üçün redaktor rolunu oynaya biləcək. Bu süni intellekt qaralamadakı qrammatik səhvləri düzəltmək, mətni qısaltmaq və ya onu tamamilə fərqli üslubda yenidən yazmaq xüsusiyyətlərinə malikdir.

Bundan əlavə, Grok xəbər lentindəki paylaşımları da çeşidləməyə başlayıb. Sistem postları sadəcə dərc edilmə vaxtına görə deyil, sizin maraq dairənizə uyğunluğuna görə sıralayır. Yəni izlədiyiniz insanların paylaşımları süni intellektin ən maraqlı hesab etdiyi ardıcıllıqla qarşınıza çıxacaq. Əgər bu sıralama üsulunu bəyənməsəniz, tənzimləmələr bölməsindən onu dəyişib lenti əvvəlki kimi xronoloji ardıcıllıqla izləmək mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az