Az | EN

X hesablarını şəxsiyyət vəsiqəsi ilə təsdiq etmək aktivləşib

Cəmil Hüseynzadə
16 Sentyabr 2023 12:15
917 baxış
X hesablarını şəxsiyyət vəsiqəsi ilə təsdiq etmək aktivləşib

X (Twitter) şəxsiyyət vəsiqəsi ilə təsiqlənməni aktivləşdirib. Hələlik test yalnız X Premium abunəçiləri üçün əlçatandır. Prosedurdan keçmək üçün sənədlə selfi göndərmək lazımdır. Məlumatı yoxlamaq üçün sosial şəbəkə İsrailin Au10tix şirkəti ilə əməkdaşlıq edir və istifadəçi məlumatlarını 30 günə qədər saxlaya bilir.

Təsdiqlənmiş profillər X dəstəyinə "prioritetli giriş" əldə edəcəklər. Gələcəkdə prosesi başa vuranlar abunə olarkən tez bir zamanda təsdiq işarəsi ala, doğrulamanı itirmədən profil ID-sini, adını və şəklini mütəmadi olaraq dəyişə biləcəklər.

Pasportun yoxlanılması bir çox ölkədə mövcuddur, lakin hansılar ölkələr olduğu hələlik dəqiq açıqlanmayıb. Yalnız o məlumdur ki, Aİ ölkələri və Böyük Britaniya siyahıya daxil deyil. Bu, çox güman ki, regionda ciddi məlumatların qorunması qanunları ilə bağlıdır.

© copyright 2022 | tech.az | info@tech.az