İlon Maskın təsis etdiyi süni intellekt şirkəti xAI artıq müstəqil şirkət kimi fəaliyyət göstərmir. Şirkət rebrendinq edərək SpaceXAI adını qəbul edib və bundan sonra SpaceX-in bölmələrindən biri kimi fəaliyyətini davam etdirəcək.
Rebrendinq çərçivəsində şirkətin X sosial şəbəkəsindəki rəsmi hesabının adı dəyişdirilib, həmçinin yeni loqo təqdim olunub. SpaceXAI adı daha əvvəl də bəzi rəsmi açıqlamalarda, o cümlədən Anthropic ilə əməkdaşlıq elan edilərkən istifadə olunmuşdu.
Dəyişikliklər SpaceX-in 2026-cı ilin fevralında xAI və X sosial platformasını satın alması ilə başlayan inteqrasiya prosesinin növbəti mərhələsi hesab edilir. Həmin sövdələşmədən sonra şirkətin bazar dəyərinin 1,25 trilyon dollara yüksəldiyi bildirilirdi.
İlon Mask may ayında xAI-ni ayrıca şirkət kimi ləğv edərək onu SpaceXAI adı altında birləşdirəcəyini açıqlamışdı. Rebrendinq isə SpaceX-in birja debütündən təxminən bir ay sonra həyata keçirilib.
Məlumata görə, SpaceX 11 iyun 2026-cı ildə IPO çərçivəsində 555,6 milyon səhmi hər biri 135 dollar qiymətinə yerləşdirərək 75 milyard dollar vəsait cəlb edib. Daha sonra, 15 iyunda əlavə səhm yerləşdirilməsi nəticəsində cəlb olunan vəsaitin həcmi 85,7 milyard dollara çatdırılıb.
