Az | EN

xAI-nin maliyyə direktoru Mayk Liberatore vəzifəsindən ayrılıb

Nigar Sultanli
xAI
04 Sentyabr 2025 11:38
52 baxış
xAI-nin maliyyə direktoru Mayk Liberatore vəzifəsindən ayrılıb

xAI-nin baş maliyyə direktoru Mayk Liberatore iyul ayının sonunda vəzifəsindən istefa verib. 

Aprel ayında xAI-yə qoşulan Liberatore əvvəllər Airbnb-də işləyirdi. O, şirkətin 5 milyard dollar borc və 5 milyard dollar səhm kapitalı cəlb etməsinə yardımçı olmuş, eyni zamanda şirkətin Memfisdəki məlumat mərkəzinin genişləndirilməsinə rəhbərlik etmişdi.

Onun işdən ayrılması, baş hüquqşünas Robert Kil və hüquq məsləhətçisi Raqu Rao kimi digər rəhbər şəxslərin gedişindən sonra baş verib. Həmçinin, xAI-nin həmtəsisçisi İqor Babuşkin də keçən ay öz süni intellekt təhlükəsizliyi layihəsini yaratmaq üçün şirkətdən ayrılmışdı.

Bundan əlavə, X-ın keçmiş icraçı direktoru Linda Yakkrino da iyul ayında xAI-nin “Grok” adlı süni intellekt çatbotunun qeyri-adi davranışları səbəbilə istefa vermişdi. Qeyd edək ki, xAI martın sonunda X şirkətini əldə etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az