Az | EN

xAI şirkəti 1,5 milyard dollar xalis zərər edib

Cəmil Hüseynzadə
09 Yanvar 2026 11:43
75 baxış
xAI şirkəti 1,5 milyard dollar xalis zərər edib

xAI 2025-ci ilin 3-cü rübü üzrə 1,5 milyard ABŞ dolları xalis zərər qeydə alıb. Bloomberg-in nəzərdən keçirdiyi daxili sənədlərə əsasən, bu göstərici ilin əvvəlindəki 1 milyard dollarlıq zərərdən daha yüksəkdir.

Buna baxmayaraq, şirkətin gəlirləri rüblük müqayisədə demək olar ki, iki dəfə artaraq 107 milyon dollara çatıb. Lakin satışlar hələ də xAI-nin illik 500 milyon dollarlıq hədəfindən geri qalır.

xAI 2025-ci ilin ilk doqquz ayında 7,8 milyard dollar vəsait xərcləyib. Əsas xərclər məlumat mərkəzləri, kadrların cəlbi və proqram təminatının hazırlanması ilə bağlı olub.

Şirkət gələcəkdə Tesla Optimus kimi humanoid robotları idarə edə biləcək süni intellekt texnologiyaları üzərində işləyir. 3-cü rübdə ümumi mənfəət 63 milyon dollara yüksəlib, lakin sentyabra qədər EBITDA üzrə zərər 2,4 milyard dollara çataraq ilkin proqnozları üstələyib.

Qeyd edək ki, xAI bu yaxınlarda 20 milyard dollarlıq investisiya raundunu tamamlayıb və şirkətin dəyəri 230 milyard dollar olaraq qiymətləndirilib. İnvestorlar arasında Nvidia, Valor Equity Partners və Qatar İnvestisiya İdarəsi də var.

© copyright 2022 | tech.az | info@tech.az