Az | EN

Xpeng robotaksi sınaqlarına və humanoid robotların kütləvi istehsalına başlayır

Cəmil Hüseynzadə
09 Yanvar 2026 11:21
62 baxış
Xpeng robotaksi sınaqlarına və humanoid robotların kütləvi istehsalına başlayır

Çinli elektromobil istehsalçısı Xpeng küçə şəraitində robotaksi sınaqlarına başlamağı və 2026-cı ilin ikinci yarısında humanoid robotların kütləvi istehsalını planlaşdırır. Bu barədə şirkətin qurucusu He Syaopenq (He Xiaopeng) Quançjouda keçirilən tədbirdə açıqlama verib.

Şirkət Çinin yüksək rəqabətli avtomobil bazarında mövqeyini gücləndirmək üçün öz daxili süni intellekt texnologiyalarının, o cümlədən “Turing” çipinin avtomobillərə və robot texnikasına inteqrasiyasına fokuslanıb.

Tədbir zamanı Xpeng həmçinin yenilənmiş proqram təminatı ilə təchiz olunmuş dörd yeni avtomobil modelini təqdim edib. Yeniliklər arasında 3D naviqasiya, eləcə də təkmilləşdirilmiş təhlükə xəbərdarlıq sistemləri yer alır.

Qeyd edək ki, Li Auto da daxil olmaqla bir sıra Çin avtomobil istehsalçıları süni intellektə yatırımlarını artırıblar. Rəqabətin kəskinləşməsi və davam edən qiymət müharibəsi ölkənin avtomobil sektoruna ciddi təsir göstərir.

Xpeng 2025-ci ilin üçüncü rübündə 380 milyon yuan (təxminən 54,42 milyon ABŞ dolları) xalis zərər açıqlayıb. Şirkətin baş icraçı direktoru ilin sonuna qədər Xpeng-in zərərsiz fəaliyyət səviyyəsinə (break-even) çatmasını hədəflədiklərini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az