grok-code-fast-1 modeli proqramçıların bildiyi grep, terminal və fayl redaktə alətləri ilə işləyir. Model tamamilə yeni texnologiya əsasında hazırlanıb və təlimi üçün real kodlar və proqramçılar tərəfindən edilən dəyişikliklərdən ibarət məlumatlardan istifadə olunub.
xAI-nın superkompüter komandası modelin cavab sürətini artırmaq üçün bir sıra optimizasiyalar həyata keçirib. Yüksək keş (cache) dəqiqliyi sayəsində model eyni anda bir neçə əməliyyatı arxa planda icra edə bilir.
Model TypeScript, Python, Java, Rust, C++ və Go proqramlaşdırma dillərində istifadə oluna bilər. O, sıfırdan layihə yaratmaq, koddakı səhvləri tapmaq və kod bazası ilə bağlı suallara cavab verməkdə proqramçılara kömək edir.
Qiymətləri də çox münasibdir və xAI modeli qısa müddət üçün pulsuz təqdim edir. İstifadəçilər GitHub Copilot, Cursor və digər oxşar platformalarda modeli pulsuz sınaya bilərlər.
xAI bildirir ki, model SWE-Bench-Verified testlərində 70,8% uğur əldə edib. Bu nəticələr təkcə testlərə əsaslanmır, həm də real proqramçı təcrübələrindən götürülüb.