Az | EN

Xəbərlərə Ritm Gəldi: Popxeber.az Musiqi ilə Xəbər Təqdimatına Başladı!

Cəmil Hüseynzadə
09 İyul 2025 12:08
142 baxış
Xəbərlərə Ritm Gəldi: Popxeber.az Musiqi ilə Xəbər Təqdimatına Başladı!

Yeni istifadəyə verilən Popxeber.az platforması gündəlik xəbərlərə fərqli baxış bucağı gətirir. Layihənin əsas ideyası ənənəvi, bəzən yorucu və neqativ xəbərləri daha şən, musiqili və əyləncəli formatda təqdim etməkdir.

Müəlliflərin sözlərinə görə, Popxeber.az tamamilə süni intellektin (Sİ) dəstəyi ilə hazırlanıb. Xəbər mətnləri Sİ tərəfindən yazılır və musiqili formata salınaraq səsli şəkildə təqdim olunur. Saytın məqsədi – oxucunun gündəlik informasiya ehtiyacını təmin etməklə yanaşı, pozitiv emosiyalar yaratmaqdır.

Layihənin texniki tərəfini Məhəmməd Şükürov və Zülfüqar İsmayılzadə idarə edib, dizayn və ön hissə isə yalnız Sİ vasitəsilə qurulub. Bu baxımdan Popxeber.az həm də süni intellektin tətbiq imkanlarını nümayiş etdirən maraqlı bir nümunə kimi çıxış edir.

Zülfüqar İsmayılzadə bildirir ki, bu hələ MVP – yəni ilkin versiyadır və bəzi texniki çətinliklər (buglar) müşahidə oluna bilər. Bunun üçün istifadəçilərə xüsusi "Şikayət və təkliflər" bölməsi təqdim olunub ki, platformanın inkişafında ictimai rəy də nəzərə alınsın.

Platformada yayımlanan bəzi xəbərlər satirik, məzəli və bəzən absurd tərzdə təqdim olunur, bu isə istifadəçilərin diqqətini cəlb edir və sosial şəbəkələrdə paylaşım tendensiyasını artırır.

Hazırda test mərhələsində olan Popxeber.az layihəsi, həm texnologiya, həm də media baxımından yenilik axtaranlar üçün maraqlı bir alternativ olaraq ortaya çıxır.

Ətraflı tanış olmaq və xəbərləri fərqli tərzdə dinləmək üçün: www.popxeber.az

© copyright 2022 | tech.az | info@tech.az