Xiaomi proqramlaşdırma üçün nəzərdə tutulmuş yeni süni intellekt agenti MiMo Code-u təqdim edib. Açıq mənbə kodlu və tamamilə pulsuz olan alət terminal üzərindən işləyərək kod yazmaq, redaktə etmək, repozitoriyaları analiz etmək və testləri avtomatik icra etmək imkanına malikdir.
Şirkətin məlumatına görə, MiMo Code bəzi testlərdə Anthropic-in Claude Code sistemini geridə qoyub. Bununla belə, müstəqil qiymətləndirmələr göstərir ki, alət bazardakı ən güclü qapalı modellərdən geri qalır. MiMo Code-un əsas üstünlükləri açıq lisenziyaya sahib olması, daha az resurs sərf etməsi və kommersiya məqsədli istifadəyə açıq olmasıdır.
