Az | EN

Caucasus Ventures-in portfel startapı Ayan 1 milyon dollar investisiya aldı

Cəmil Hüseynzadə
10 İyun 2026 17:52
40 baxış
Caucasus Ventures-in portfel startapı Ayan 1 milyon dollar investisiya aldı

Özbəkistanın IT Park Ventures fondu Böyük Britaniyada fəaliyyət göstərən islam maliyyə texnologiyaları (fintech) startapı Ayan Capital-a 1 milyon dollar investisiya yatırıb. Şirkətin iştirak etdiyi investisiya turunun ümumi həcmi 4 milyon dollar olub. Tura Böyük Britaniya və İsveçrədən olan investorlar da qoşulublar.

Londonda yerləşən Ayan Capital fərdlər və bizneslər üçün tam rəqəmsal halal avtomobil maliyyələşdirilməsi xidmətləri təqdim edir. Şirkət həmçinin ödəniş platforması, debet kartları, islam əmanət hesabları və digər maliyyə məhsulları üzərində işləyir.

Cəlb olunan vəsait şirkətin texnoloji imkanlarının genişləndirilməsinə, süni intellekt əsaslı kredit qiymətləndirmə həllərinin hazırlanmasına və Özbəkistandakı mühəndis heyətinin böyüdülməsinə yönəldiləcək. Ayan Capital uzunmüddətli perspektivdə Böyük Britaniyada tam rəqəmsal islam bankına çevrilməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az