Yandex şirkəti Yandex Maps xidmətindəki süni intellekt çatının imkanlarını genişləndirib. Yenilənmədən sonra istifadəçilər çat vasitəsilə şəhərdə keçirilən sərgilər, konsertlər, festivallar və aktiv istirahət məkanları haqqında tövsiyələr ala biləcəklər.
Süni intellekt istifadəçinin sorğusuna uyğun tədbirləri seçməklə yanaşı, onların proqramı və məzmunu barədə də ətraflı məlumat təqdim edir. Məsələn, istifadəçi müəyyən muzeydə keçirilən sərgiləri və ya həftəsonu baş tutacaq konsertləri soruşduqda, çat tədbirlər haqqında qısa təsvir və tövsiyələr təqdim edir.
Bundan əlavə, sistem artıq bir neçə meyar üzrə məkan axtarışını da dəstəkləyir. İstifadəçilər yerləşmə, iş saatları, menyu, parklanma və uşaq oyun zonası kimi tələbləri sərbəst mətn şəklində yaza bilərlər. Süni intellekt isə Yandex Maps-dəki rəyləri və digər məlumatları analiz edərək ən uyğun məkanları təklif edir.
