Az | EN

Yaponiyada ilk uçan avtomobil sınaqdan keçirilib

Nail Valiyev
18 Fevral 2023 10:35
457 baxış
Yaponiyada ilk uçan avtomobil sınaqdan keçirilib

Yaponiyada ölkənin cənub-qərbində yerləşən Oita prefekturasında iki sərnişin üçün nəzərdə tutulan uçan avtomobilin ilk sınaqları keçirilib.

Məlumata görə, uçan maşında dron texnologiyasından istifadə edilib.

Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 3 dəqiqə ərzində 431 m məsafə qət edib. Uçuş sürəti isə 36 km/saat olub. Avtomobili hazırlayan Masc şirkəti sınağın problemsiz keçdiyini və uğurla başa çatdığınl bildirib.

Açıqlama verən şirkətin direktoru Kirino Hiroşi bildirib ki, növbəti sınaqlar uğurlu olarsa, o, uçan avtomobilləri kommersiya satışına çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, bu ehtimal ildən-ilə artır

© copyright 2022 | tech.az | info@tech.az