Hermès brendi və məhsulları dünyada ən çox sevilənlərdəndir. Bunun əsas səbəblərindən biri “Hermès”in Apple tərəfdaşı olması və hər il yeni Apple Watch qolbaqları, AirTag açar fobları və iPhone qutuları təqdim etməsidir. İndi də şirkət “powerbank”nı təqdim edib.
Hermès Volt'H “powerbank”ı alüminiumdan və dana dərisindən hazırlanmışdır. “Powerbank” cihazları simsiz doldurulması üçün Qi-coil ilə təchiz olunub. Yeni məhsul iki versiyada təqdim edilir: iPhone 13-ə 30% enerji əlavə edə bilən Mini və iPhone 13-ü iki dəfə doldura bilən Maxi. Onların qiyməti müvafiq olaraq 450 və 550 avrodur. Batareyalar həmçinin maksimum 20 Vt çıxışla USB-C şarjını dəstəkləyir.