Voyager Space və Airbus yeni Beynəlxalq Kosmik Stansiya yaratmaq məqsədi ilə əməkdaşlığa başladıqlarını bildiriblər.
Bəyanatda “ABŞ-ın rəhbərlik etdiyi bu təşəbbüs kosmik sənayenin qabaqcıllarını bir araya gətirir, Amerika və Avropanın kosmosun tədqiqi maraqlarını daha da gücləndirir" ifadələri qeyd olunub. Voyager artıq bir müddətdir ki, Starlab adlı özəl kosmik stansiyanın inkişafı ilə məşğuldur.
Starlab NASA-nın 2021-ci ildə maliyyələşdirməyə qərar verdiyi üç stansiya konsepsiyasından biri idi. Voyacer Starlab üçün dizayn və mühəndislik işlərinə rəhbərlik edib və NASA-dan ən böyük maliyyəni (160 milyon dollar) alıb.
Airbus indi Starlab layihəsində daha çox rol alacaq. Yeni əməkdaşlıq sayəsində Airbus-un kosmik stansiyaya sahib olacağı gözlənilir.
NASA 2030-cu ildə BKS-in təqaüdə çıxdığı vaxta qədər ən azı bir kommersiya kosmik stansiyasının fəaliyyətə başlamasını hədəfləyir. Voyager Starlab-ın 2028-ci ildə istifadəyə veriləcəyini proqnozlaşdırır. Stansiyanın hansı raketlə buraxılacağı isə yaxın aylarda açıqlanacaq.