Youtube Google Area 120 inkubatorunda hazırlanmış süni intellektlə işləyən dublyaj xidməti olan Aloud komandası ilə bu funksiya üzərində işləyir.
Aloud video yaradıcıları üçündür. O, əvvəlcə müəllifə redaktə edilə bilən transkript təqdim edir. Bundan sonra mətni tərcümə edir və dublyajı yazır. “YouTube” təmsilçisinin sözlərinə görə, şirkət səsin müəllifin səsinə mümkün qədər oxşar olmasını və dodaqların hərəkəti ilə sinxronizasiyasını təmin etməyə çalışır.