Az | EN

YouTube bu funksiyasını təxirə salır

Bənövşə Kazımova
12 Aprel 2022 13:30
172 baxış
YouTube bu funksiyasını təxirə salır

YouTube-un iPhone istifadəçiləri üçün PiP (Picture in picture) funksiyasını təxirə saldığı bildirilir. Android istifadəçilərinə Picture-in-Picture (PiP) funksiyasını təqdim edən YouTube bu funksiyanı iPhone-larda ləngidir. Apple ilk dəfə iOS 14-də PiP rejimini təqdim etmişdii, lakin YouTube proqramı hələ bu funksiyanı istifadəyə verməyib. Bir neçə gün əvvəl iOS YouTube tətbiqi üçün çoxdan gözlənilən PiP funksiyası barədə TeamYouTube Twitter hesabı tərəfindən açıqlama verilib. Bildirilib ki, PiP "bütün iOS 15+ cihazlarında" əlçatan olacaq. Amma hesabda PiP dəstəyinin sırf Premium abunəçiləri üçün olub-olmaması göstərilməyib. Lakin bir neçə saat sonra TeamYouTube-un düzəlişində bu funksiyanın əslində YouTube proqramı üçün deyil, ayda 65 dollara başa gələn YouTube TV üçün olduğu vurğulanıb. Bu yaxınlara qədər iOS və iPadOS-da YouTube Premium abunəçiləri eksperimental funksiyanın bir hissəsi kimi PiP-ə daxil ola bilirdilər, lakin eksperimental sınaq başa çatdı. TeamYoutube hesabının qeyd etdiyi kimi, bu funksiya hələ də Android-də YouTube Premium abunəçiləri ilə məhdudlaşır, ona görə də iOS-a gəlsə belə, onun bütün istifadəçilər üçün əlçatan olması çox uzaq görünür. Ümid edirik ki, YouTube-da PiP dəstəyi yaxın həftələrdə iOS-da istifadəyə veriləcək.

© copyright 2022 | tech.az | info@tech.az