Zaur Ələkbərov 2018-ci ildən Beynəlxalq Bank-ın idarə heyətinin sədr müşaviri vəzifəsində çalışır.
Zaur bəy Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirdikdən sonra 2006-2008-ci illərdə magistr təhsili alıb. 2017-ci ildə isə İsveçrənin Losanna şəhərində Beynəlxalq İdarəetmənin Təkmilləşdirilməsi İnstitutunu bitirib.
Müsahibədə Zaur bəy startap ekosistemindən, ABB Innovation-dən, yerli startaplardan danışıb.