Az | EN

21 yaşlı gənclərin qurduğu startap Y Combinator-dan investisiya alıb

Nigar Sultanli
19 Dekabr 2025 10:40
41 baxış
21 yaşlı gənclərin qurduğu startap Y Combinator-dan investisiya alıb

Son on ildə maliyyə texnologiyaları biznes dünyasını dəyişsə də, iqtisadiyyatın vacib hissəsi olan qeyri-kommersiya sektoru bu yeniliklərdən kənarda qalmışdı. Harvard və Berkli universitetlərini yarımçıq qoyan 21 yaşlı təsisçilərin qurduğu Givefront startapı məhz bu boşluğu doldurmağı hədəfləyir.

Startap bu məqsədlə 2 milyon dollar həcmində ilkin investisiya cəlb edib. Script Capital-ın rəhbərlik etdiyi investisiya raundunda "Y Combinator" və digər fondlar da iştirak edib.

Givefront qida bankları, xeyriyyə fondları, kilsələr və digər QHT-lər üçün xüsusi maliyyə platforması hazırlayır. ABŞ iqtisadiyyatının 6%-ni təşkil edən bu sektor hələ də köhnəlmiş maliyyə alətlərindən istifadə edir.

Təsisçi Mət Tenqtrakul bildirir ki, adi bizneslər üçün nəzərdə tutulan müasir alətlər QHT-lərin spesifik hesabat və qrant tələblərinə cavab vermir. Startap əvvəlcə bankçılıq xidmətləri təklif etmək istəsə də, sonradan daha sürətli qəbul edilən xərclərin idarə edilməsi və korporativ kartlar istiqamətinə yönəlib.

Platforma mövcud mühasibat proqramları ilə inteqrasiya olunur və qrantların idarə edilməsi, audit üçün qəbzlərin yığılması kimi funksiyalar təklif edir. Artıq yüzlərlə təşkilatla işləyən startap hər ay gəlirlərini 200% artırır. Maraqlı fakt odur ki, komandanın əsas mühəndislərindən birinin cəmi 17 yaşı var.

© copyright 2022 | tech.az | info@tech.az