Az | EN

Azercell və Amazon Web Services (AWS) strateji tərəfdaşlığı genişləndirir

Nigar Sultanli
19 Dekabr 2025 11:14
37 baxış
Azercell və Amazon Web Services (AWS) strateji tərəfdaşlığı genişləndirir

Azercell dünyanın aparıcı bulud provayderlərindən olan "Amazon Web Services" (AWS) ilə strateji tərəfdaşlığını genişləndirdiyini açıqlayıb. Əməkdaşlığın yeni mərhələsində şirkət ölkədəki rəqəmsal infrastrukturu müasirləşdirməyi və texnoloji imkanları artırmağı hədəfləyir.

Tərəflər arasındakı razılaşmaya əsasən, əsas diqqət hibrid bulud həlləri, GPU texnologiyaları, süni intellekt və Əşyaların İnterneti (IoT) analitikası kimi vacib sahələrə yönəldiləcək. Bundan əlavə, real vaxt rejimində işləyən interaktiv tətbiqlər və "kənar hesablama" (edge computing) texnologiyalarının tətbiqi nəzərdə tutulur. Bu həllərin yerli infrastruktura inteqrasiyası xidmətlərin daha çevik olmasına və məlumat suverenliyinin daha etibarlı qorunmasına şərait yaradacaq.

AWS ilə qurulan bu əlaqələr yerli bizneslərin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, şirkətlərin texnoloji hazırlıq səviyyəsini də yüksəldəcək. Eyni zamanda, bu tərəfdaşlığın ölkədəki startap ekosisteminin inkişafına təkan verəcəyi və innovativ layihələrin reallaşması üçün yeni imkanlar açacağı gözlənilir.

Ümumilikdə, bu strateji addım Azərbaycanın milli rəqəmsal infrastrukturunu gücləndirmək məqsədi daşıyır. "Azercell" beynəlxalq təcrübəni və müasir həlləri ölkəyə gətirməklə rəqəmsal iqtisadiyyatın böyüməsinə töhfə verməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az