Dünyanın ən böyük kovorkinq şəbəkəsi olan WeWork gələn həftənin əvvəlində iflas elan etməyi planlaşdırır. Bu barədə WSJ məlumat yayıb. SoftBank Group tərəfindən dəstəklənən şirkət böyük borc yığını və böyük itkilərlə mübarizə aparır.
Bu il şirkətin səhmlərinin dəyəri 96% azalıb. 2 oktyabr 2023-cü ildə WeWork öz istiqrazlarının sahiblərinə faiz ödənişlərini edə bilməyib. Bu, şirkətin ödəniş etməli olduğu 30 günlük güzəşt dövrünün başlanmasına səbəb olub. Bu şərtə əməl edilmədiyi halda defolt hesab olunacaq. Şirkətin əsas dəstəkçisi SoftBank-dır.
WSJ-nin istinad etdiyi maliyyə hesabatlarına görə, şirkət 2023-cü ilin birinci yarısında 530 milyon dollar xərcləyib. İyun ayına olan məlumata görə, onun hesablarında təxminən 205 milyon dollar nağd pul qalıb.
WeWork 2010-cu ildə Adam Nyuman tərəfindən təsis edilib və bütün dünyada kovorkinq məkanları şəbəkəsini inkişaf etdirir. 2019-cu ildə Nyuman investorların şikayətlərindən sonra şirkətin rəhbəri vəzifəsini tərk etməli olmuşdu. Biznes modelinin həyat qabiliyyətinə dair şübhələri səbəbindən WeWork-un dəyəri 47 milyard dollardan 20-30 milyard dollara düşdü və yanlız 2021-ci ildə birjaya çıxa bildi.
İnvesitisiyalar hesabına təyyarə aldığı üzə çıxmasına baxmayaraq 2022-ci ilin avqustunda təsisçi Adam Nyuman Andreessen Horowitz fondundan (a16z) təxminən 350 milyon dollar investisiya almağı bacarmışdı.