Mərkəzi Bank “Pasha Pay” MMC-yə təqdim edilmiş xüsusi tənzimləmə rejiminin müddətini əlavə 6 ay uzadıb. Bu qərar, “m10” tətbiqinin “Binance” platforması ilə inteqrasiyasını nəzərdə tutan layihənin sınaq nəticələrinin uğurlu hesab edilməsi əsasında verilib.
Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etməyə imkan verir. İnteqrasiya vasitəsilə istifadəçilər “m10” tətbiqi üzərindən “Binance” cüzdanlarına mədaxil edə və cüzdanlardan məxaric əməliyyatlarını rahatlıqla həyata keçirə biləcəklər.
Əməliyyatlara yalnız ilk 1000 qeydiyyatdan keçən istifadəçi qoşula bilər. Hər bir istifadəçi üçün aylıq mədaxil limiti 1000 AZN təşkil edir.