Az | EN

39 il əvvəl kosmosa göndərilən NASA peyki Yerə enəcək

Bənövşə Kazımova
09 Yanvar 2023 16:14
254 baxış
39 il əvvəl kosmosa göndərilən NASA peyki Yerə enəcək

NASA-nın təxminən 40 il əvvəl kosmosa göndərdiyi peykinin Yerə düşəcəyi gözlənilir.

"Earth Radiation Budget Satellite" (ERBS) adlı peyk 39 il kosmosda qaldıqdan sonra Yerə yenidən daxil olacaq. Məsələ ilə bağlı açıqlama verən kosmik agentlik hər hansı qəza riskinin çox aşağı olduğunu bildirib.

Məlumata görə, 1984-cü ildə fəaliyyətə başlayan peyk 2005-ci ilə qədər ozon və atmosfer ölçülərini toplamaq üçün istifadə edilib. Bunan əlavə, alimlər ERBS tərəfindən toplanan məlumatlardan Yerin günəş enerjisini necə yığdığını və yaydığını öyrənmək üçün istifadə ediblər.

Qeyd edək ki, peykin bu gün bəzi hissələri Yer atmosferinə daxil olacaq və 17 saat ərzində yox olacaq. Peykin gün ərzində nə vaxt və hansı bölgəyə düşəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır. NASA peykin buraxıldığı dövrdə onun iki il ərzində missiyanı yerinə yetirəcəyini düşünsə də, onun 2005-ci ilə qədər məlumat toplaya bilməsi böyük maraq doğurub.

© copyright 2022 | tech.az | info@tech.az