Az | EN

ABŞ polisləri əşyaları Apple Airtag ilə qorumağı tövsiyyə edib

Nail Valiyev
05 Dekabr 2023 11:57
448 baxış
ABŞ polisləri əşyaları Apple Airtag ilə qorumağı tövsiyyə edib

Apple'ın izləmə cihazı Airtag bir çox oğurluq hallarının qarşısını alıb.  ABŞ-dakı bahalı palto oğurluqlarına görə polis vətəndaşların Apple'ın izləmə cihazı Airtag-dan istifadə etməyi tövsiyə edir

ABŞ-da son dəfə baş verən "Palto oğurluğu" polisi səfərbər edib. Washington DC bölgəsindəki bahalı əşyaların oğurlanması ilə sakinlərə bəzi xəbərdarlıqlar göndərilib. Bu xəbərdarlıqlar arasında vətəndaşların Apple Airtag-larından paltarlarını izləmək üçün istifadə etməsi tövsiyə olunur.

Xüsusilə paltoları 1000 dollardan daha bahalı paltoları oğurlamaq istəyən oğrular bu yaxınlarda Vaşinqtonda böyük problemlər yaratmağa başlayıblar. Mövzuyla əlaqədar açıqlamalar verən regional polis, bu problemlə mübarizə üçün Airtag-dan isifacənin əhəmiyyətli olduğunu bildirib. 

Apple tərəfindən istehsal olunan Airtag açarlara, çantalara və digər şəxsi əşyalara yoxa çıxmalarını və ya oğurlandıqları təqdirdə aşkar etmək üçün əlavə edilə bilən bir bluetooth izləmə cihazıdır.

Mövzuyla əlaqədar polis belə qeyd edib: Gördüm ki, insanlar alət və çamadanlarının içərisində airtag istifadə edirlər. Düşünürəm ki, bu, oğurlandığı təqdirdə edə biləcəyiniz ən yaxşı şeydir, çünki onu izləmək üçün başqa bir yol yoxdur. Xüsusilə bahalı paltarlarını qorumaq istəyən vətəndaşlar diqqət yetirməlidir.

© copyright 2022 | tech.az | info@tech.az