Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərimiz üçün TIER 3 (Design) beynəlxalq uyğunluq sertifikatı əldə edilib. Bu barədə Azintelekom-un sərdri Elxan Əzizov Linkedin hesabında paylaşım edib. Paylaşımında o "Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərimiz üçün TIER 3 (Design) beynəlxalq uyğunluq sertifikatı əldə etdik.
Tam müasir və dünya standartlarına uyğun qurulacaq bu mərkəzlərdə dayanıqlılıq və fasiləsiz xidmət təmin olunacaq, həmçinin data mərkəzlərimiz ekoloji baxımdan həssaslıqla fəaliyyət göstərəcək. Sertifikatın əldə olunmasında əməyi keçən əməkdaşlarımıza təşəkkür edirəm.
Şadıq ki, bulud xidmətləri üzrə təsdiqlənmiş etibarlılığımız sayəsində bu gün 100-dən çoxu dövlət qurumu olmaqla, 200-dən artıq müəssisə öz informasiya sistemlərini AzInTelecom-un data mərkəzlərinə yerləşdirib. Qeyd edim ki, AzInTelecom Cənubi Qafqazda TIER 3 sertifikatına malik ilk qurumdur." sözlərini qeyd edib.