Az | EN

Honor 11 dollarlıq çoxfunksiyalı fənərini təqdim etdi

Cəmil Hüseynzadə
15 İyul 2026 16:16
49 baxış
Honor 11 dollarlıq çoxfunksiyalı fənərini təqdim etdi

Honor yeni Honor Life adlı çoxfunksiyalı fənərini təqdim edib. Əl fənəri, kamp işığı və fövqəladə hallar üçün siqnal mayakı funksiyalarını özündə birləşdirən cihaz Çində 79 yuan (təxminən 11 ABŞ dolları) qiymətinə satışa çıxarılıb.

Honor Life 3000 mAs (mAh) tutumlu daxili batareya ilə təchiz olunub. Silindrik formalı korpusu 157 mm uzunluğa, təxminən 195 qram çəkiyə malikdir və IPX4 standartına uyğun su sıçramalarına qarşı qorunur.

Cihaz iki fərqli işıq mənbəyinə malikdir. Əsas LED uzaq məsafələri işıqlandırmaq üçün nəzərdə tutulub, yan tərəfdə yerləşən işıq isə kamp lampası və ya gecə işığı kimi istifadə oluna bilir. Hər iki işıq mənbəyində iki fərqli parlaqlıq rejimi mövcuddur.

Fənərin baş hissəsində fokus məsafəsini tənzimləmək mümkündür. Bu sayədə istifadəçi dar və geniş işıq şüası arasında keçid edə bilir. Əsas LED-in maksimal parlaqlığı 300 lümen, maksimal fokus rejimində isə işıqlandırma məsafəsi 200 metrə qədərdir.

Honor Life fövqəladə hallar üçün SOS rejimini də dəstəkləyir. Bu funksiyanı düyməyə iki dəfə basmaqla aktivləşdirmək mümkündür və o, təcili vəziyyətlərdə kömək siqnalı göndərmək üçün nəzərdə tutulub.

© copyright 2022 | tech.az | info@tech.az