Az | EN

Alibaba ən müasir kodlaşdırma aləti "Qwen3-Coder"i təqdim etdi

Nigar Sultanli
24 İyul 2025 14:50
75 baxış
Alibaba ən müasir kodlaşdırma aləti "Qwen3-Coder"i təqdim etdi

Alibaba, proqram təminatı sahəsində istifadə olunan ən yeni və güclü süni intellekt aləti – Qwen3-Coder modelini təqdim edib. Bu model açıq mənbə kodludur, yəni onu istənilən proqramçı və tədqiqatçı sərbəst şəkildə istifadə və inkişaf etdirə bilər.

Qwen3-Coder, əsasən bu sahələrdə seçilir:

  • Avtomatik kod yazmaq,
  • Mürəkkəb proqramlaşdırma işlərini idarə etmək,
  • Öz-özünə işləyə bilən proqramlar yaratmaq.

Alibaba bildirir ki, bu model müstəqil qərar verə bilən süni intellekt sistemləri prinsipi ilə işləyir. Yəni müəyyən tapşırıqları özbaşına yerinə yetirə bilir.

Şirkətin açıqladığı məlumatlara görə, Qwen3-Coder hazırda Çində fəaliyyət göstərən DeepSeek və Moonshot AI kimi şirkətlərin modellərindən daha yaxşı nəticələr göstərir. Hətta bəzi hallarda OpenAI-ın GPT-4 və Anthropic-in Claude modelləri ilə eyni səviyyədə performans sərgiləyir.

Modelin açıq mənbəli olması dünya üzrə proqramçılar üçün böyük imkan yaradır. Alibaba hesab edir ki, bu alət təkcə məhsuldarlığı artırmayacaq, həm də daha açıq və əlçatan süni intellekt ekosisteminin qurulmasına töhfə verəcək.

© copyright 2022 | tech.az | info@tech.az