Az | EN

OpenAI GPT-5 modelini istifadəyə verməyə hazırlaşır

Nigar Sultanli
25 İyul 2025 12:36
80 baxış
OpenAI GPT-5 modelini istifadəyə verməyə hazırlaşır

"The Verge" nəşrinin məlumatına görə, yeni GPT-5 modeli fərqli funksiyaları yerinə yetirə bilən və müxtəlif modelləri özündə birləşdirən kompleks sistem olacaq. Bu yanaşma OpenAI-nin o3 modeli və digər texnologiyaları birləşdirmək istiqamətindəki strategiyasının davamıdır. Şirkətin baş direktoru Sem Altman artıq fevral ayında bu istiqamətdə planlarını açıqlamışdı.

OpenAI-nin hədəfi o-seriyası ilə GPT-seriyasını birləşdirərək daha çox funksiyanı yerinə yetirə bilən, müxtəlif alətlərlə işləyə bilən universal süni intellekt sistemləri yaratmaqdır. Bununla yanaşı, "The Verge" qeyd edir ki, OpenAI-nin buraxılış tarixləri tez-tez dəyişə bilər – bu dəyişikliklər texniki inkişaf prosesləri, server tutumu problemləri və ya rəqib modellərin təqdimatı və sızması ilə bağlı ola bilər.

Qeyd edək ki, OpenAI şirkəti Microsoft tərəfindən dəstəklənən startap olaraq süni intellekt sahəsində qlobal inqilab yaradan yeniliklərə imza atmaqda davam edir. GPT-5-in istifadəyə verilməsi texnologiya sektorunda növbəti böyük addım kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az