Az | EN

Amazon Sİ səhvlərinə görə 2,48 milyon dollar əlavə xərc çəkib

Cəmil Hüseynzadə
31 İyul 2026 14:41
55 baxış
Amazon Sİ səhvlərinə görə 2,48 milyon dollar əlavə xərc çəkib

Amazon daxilində bəzi komandalar Anthropic-in Claude Sonnet süni intellekt modelindən nəzarətsiz istifadə nəticəsində milyonlarla dollar planlaşdırılmamış xərc çəkib. Financial Times-ın məlumatına görə, ən böyük insidentlərdən birində kitab müəllifləri və xidmət təminatçıları ilə bağlı məlumatları yoxlayan İİ agentindəki səhv səbəbindən şirkət token istifadəsinə büdcədən 1,8 milyon dollar (860% artıq) çox vəsait xərcləyib. Problemin aşkarlanması isə 5 ay çəkib.

Digər layihədə maliyyə auditinin avtomatlaşdırılması zamanı 541 min dollar, logistikanın optimallaşdırılması layihəsində isə 134 min dollar əlavə xərc yaranıb. Beləliklə, üç layihə üzrə ümumi gözlənilməz xərc 2,48 milyon dollara çatıb.

Amazon bildirib ki, bunlar yalnız ayrı-ayrı komandaların təcrübəsidir və şirkət üzrə süni intellektdən istifadənin ümumi mənzərəsini əks etdirmir. Buna baxmayaraq, hadisə İİ agentlərinin nəzarətsiz istifadəsinin iri şirkətlər üçün ciddi maliyyə riskləri yarada biləcəyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az