İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.
Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə məlumatına görə, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.
Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.
İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və "Kazakhtelecom"un nümayəndəsi var.
Məlumata əsasən, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.
Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.
Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
