Az | EN

Amazon Temu və Shein-ə rəqib yeni platforma hazırlayır

Cəmil Hüseynzadə
04 İyul 2024 13:41
429 baxış
Amazon Temu və Shein-ə rəqib yeni platforma hazırlayır

Amazon ucuz qiymətli pərakəndə satıcılar üçün əsas platformalar - Shein və Temu-nun rəqibini hazırlayır. E-ticarət nəhəngi çinli satıcıların ucuz geyimləri və ev məhsullarını əks etdirən yeni bir vitrin mağaza təqdim etməyi planlaşdırır. 

Amazon-un strategiyası sürətli çatdırılmalara və müxtəlifliyə fokuslanıb. Şirkət indi də ucuz qiymət strategiyası üzərində çalışır.

Məlumatda qeyd edilir ki, istifadəçilər bir sıra markasız əşyaları 20 dollardan aşağı qiymətə ala biləcəklər. Bu məhsullar birbaşa Çin anbarlarından göndəriləcək və alıcılar məhsulları 11 gün və ya daha az müddətdə əldə edəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az