2027-ci ilədək süni intellekt serverlərinin yarısı üçün yetəri qədər enerji tapılmaya bilər. Belə ki süni intellekt sistemləri işləmək üçün güclü enerji təminatı tələb edir ki, bunun da yaxın illərdə daha da artacağı gözlənilir. “Gartner”-in yeni hesabatına görə, keçən il yeni serverlər 195 teravatt-saat elektrik enerjisi tələb edirdi. Bu isə bir il ərzində 18 milyon ailə tərəfindən istifadə edilən enerjiyə bərabərdir.
“Goldman Sachs”ın hesablamalarına görə isə bu enerji hazırda mövcud olan serverlərin 2022-ci ildə istifadə etdiyi 349 terawatt-saat enerjidən daha çoxdur. Karbonsuz enerji vasitələrindən istifadə olunmazsa süni intellektin işləməsi və inkişaf etdirilməsi üçün lazım olan enerji ətraf mühitin çirklənməsində ciddi rol oynaya bilər. Belə halda Səm Altmanın füzyon enerjisinə yatırdığı 375 milyondan çox vəsait süni intellekt serverlərinin gələcəyi üçün atılmış önəmli addım kimi görünür.