Kahramanmaraş və ətraf ərazilərdə baş vermiş zəlzələlər üçün texnologiya şirkətləri dəstək verməyə davam edir. Amazon zəlzələ bölgəsini yük və logistika ilə təmin edəcəyini açıqlayıb. Şirkətin baş direktoru Endi Cessinin verdiyi açıqlamaya görə, Amazon-un logistika və təcili yardım çatdırılma şəbəkəsi aktivləşdirilib.
Türkiyədə 2000 işçisi olan şirkət İstanbuldan yola düşəcək məhsulların logistikası üçün yardım təşkilatları ilə əməkdaşlıq edəcəyini də bildirib. Daşınacaq yardımlara ədyal, çadır, qızdırıcı, qida, uşaq bezi, uşaq qidası, dərman və digər təcili yardımlar daxildir.
Bölgədə aktiv anbarlarının olmadığı üçün logistika İstanbuldan həyata keçiriləcək.
Amazon-un logistik dəstəyi ilə yanaşı, Türkiyənin yerli nəqliyyat şirkətləri də pulsuz yük daşıyacaqlar. Verilən açıqlamaya görə, Yurtiçi Karqo, Aras Karqo, Sürat Karqo və PTT bu yardımları pulsuz çatdıracaqlar.