Az | EN

American Express süni intellekt startapı Hyper-i aldı

Cəmil Hüseynzadə
17 Aprel 2026 12:37
49 baxış
American Express süni intellekt startapı Hyper-i aldı

American Express 2022-ci ildə yaradılmış süni intellekt əsaslı xərclərin idarə olunması startapı Hyper-i satın almağa razılaşıb. Şirkət bu addımla korporativ müştərilər üçün avtomatlaşdırma alətlərini genişləndirməyi hədəfləyir. Razılaşmanın 2026-cı ilin ikinci rübündə tamamlanması gözlənilir.

Hyper-in proqram təminatı süni intellekt agentlərindən istifadə edərək xərclərin kateqoriyalaşdırılması, izlənməsi və hesabatlaşdırılmasını avtomatlaşdırır.

Qeyd edək ki, tərəflər artıq 2024-cü ildə kredit kartı layihəsi üzrə əməkdaşlıq ediblər. Bu satınalma American Express-in kommersiya kartları seqmentində genişlənmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkət ötən ay illik 295 dollar ödənişli yeni kart təqdim edib və bu il ərzində daha bir məhsul buraxmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az