Az | EN

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Cəmil Hüseynzadə
03 Mart 2026 13:32
46 baxış
“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən AniPay mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyəti dayandırılır.

Bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib. Qeyd olunan tarixdən etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən davam etdirilməsi nəzərdə tutulur. Belə ki, AniPay funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.

AniPay tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.

Bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.

Mərkəzi Bank bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az