Az | EN

Anthropic limitləri süni azaltdığı üçün məhkəməyə verilib

Cəmil Hüseynzadə
16 İyun 2026 11:04
48 baxış
Anthropic limitləri süni azaltdığı üçün məhkəməyə verilib

Süni intellekt şirkəti Anthropic istifadəçiləri Claude Max abunəlik paketlərində təqdim edilən istifadə limitləri ilə bağlı yanıltmaqda ittiham olunur. İddiaya görə, şirkətin aylıq 100 və 200 dollarlıq Max paketləri vəd ediləndən daha aşağı istifadə imkanları təqdim edib. Məhkəmə iddiasının kollektiv xarakter daşıması və 2025-ci ilin aprel ayından etibarən bu paketləri alan istifadəçiləri əhatə etməsi planlaşdırılır.

İddiaçı Karl Kan bildirib ki, 2026-cı ilin aprelində Max 20x paketinə keçdikdən sonra həftəlik limitlərə əvvəlkindən daha tez çatmağa başlayıb. Onun sözlərinə görə, uzunmüddətli iş sessiyaları limitin əhəmiyyətli hissəsini sərf edib və bu da layihələrini tamamlamaq üçün əlavə ödəniş etməyə məcbur edib.

Anthropic məsələ ilə bağlı rəsmi şərh verməyib. Şirkət isə daha əvvəl Claude Code istifadəçiləri üçün limitlərin artırılacağını açıqlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az