Az | EN

Anthropic yeni nəsil AI modeli Claude Fable 5-i təqdim etdi

Cəmil Hüseynzadə
10 İyun 2026 12:26
61 baxış
Anthropic yeni nəsil AI modeli Claude Fable 5-i təqdim etdi

Anthropic yeni süni intellekt modeli Claude Fable 5-i təqdim edib. Şirkətin məlumatına görə, bu, indiyədək geniş istifadəçilər üçün istifadəyə verilmiş ən güclü Claude modelidir.

Fable 5 proqramlaşdırma, elmi araşdırmalar, sənəd analizi və mürəkkəb tapşırıqların yerinə yetirilməsində əvvəlki versiyaları geridə qoyur. Model həmçinin ekran görüntülərini və digər vizual məlumatları daha yaxşı analiz edə bilir, hətta tətbiqlərin kodunu skrinşotlar əsasında bərpa etmək imkanına malikdir.

Anthropic bildirir ki, Fable 5 daha uzun müddət avtonom işləyə və daha az insan müdaxiləsi ilə mürəkkəb prosesləri idarə edə bilir. Təhlükəsizlik məqsədilə bəzi həssas mövzular üzrə sorğular isə avtomatik olaraq Claude Opus 4.8 modelinə yönləndiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az