Bloomberg jurnalisti Mark Qrman, Apple şirkətinin üzərində işlədiyi yeni qatlana bilən smartfon haqqında məlumatlar paylaşıb. Mənbələrə görə, bu telefon iki iPhone Air modelinin birləşməsi kimi görünəcək.
Telefonun adı hələ məlum olmasa da, onun 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir. Qrman bildirir ki, bu yeni model "çox nazik" olacaq və 2000 dollara yaxın bir qiymətə satılacaq. Həmçinin, o, telefonun Hindistanda deyil, Çindəki Foxconn zavodlarında istehsal olunacağını da əlavə edib.
Əvvəlki məlumatlara görə, bu qatlana bilən iPhone-da dörd kamera olacaq:
- İki arxa kamera
- Bir ön kamera
- Bir daxili kamera
Telefonun üz tanıma sistemi Face ID əvəzinə barmaq izi ilə işləyən Touch ID funksiyasına sahib olacağı və SIM kart yuvası olmayacağı gözlənilir.