Az | EN

Apple dünyada smartfon satışlarında birinci olub

Nigar Sultanli
15 Aprel 2025 12:09
88 baxış
Apple dünyada smartfon satışlarında birinci olub

Apple 2025-ci ilin birinci rübündə dünyada ən çox smartfon satan şirkət olub. Bu uğurun əsas səbəbləri arasında Yaponya və Hindistan bazarlarında artan tələbat və "Apple"ın yeni modeli olan iPhone 16e-nin buraxılması qeyd edilir. Analitik agentlik Counterpoint Research-in hesabatına görə, "Apple"ın bazar payı 19%-ə çatıb, bu isə onu birinci sıraya qaldırıb.

Dünyada smartfon satışlarının payı növbəti şəkildə bölünüb: Apple — 19%, Samsung — 18%, Xiaomi — 14%. Beşliyə daxil olan digər şirkətlər OPPO və vivo isə 8%-lik payla sıralanır. Əgər 2024-cü ilin birinci rübü ilə müqayisə etsək, Apple 4% artım əldə edib, Samsung isə 5% itirib. Xiaomi 5% artım göstərib, vivo isə 6% daha çox satış əldə edib. OPPO isə 1% satış itkisi yaşamışdır.

Qeyd etmək lazımdır ki, OPPO və vivo eyni BBK holdinqinin tərkibindədir, bu səbəbdən ümumilikdə bu iki şirkət arasında böyük artım müşahidə olunur və BBK, Xiaomi-ni geridə qoyaraq üçüncü yeri tuta bilərdi.

Hesabatda, ABŞ-nin ticarət siyasətindəki dəyişikliklərin və yeni tariflərin təsiri yer almayıb. Çünki tariflər yalnız aprel ayında tətbiq edilməyə başlayıb. ABŞ ticarət siyasətində sürətli dəyişikliklər olduğu üçün, növbəti hesabatda tariflərin tətbiq olunub-olunmaması və ya ləğv edilməsi ilə bağlı vəziyyət dəyişə bilər. Ancaq, bütün bunlara baxmayaraq, insanlar hələ də iPhone almağa davam edirlər və bu tendensiyanın yaxın zamanda dəyişməsi gözlənilmir.

© copyright 2022 | tech.az | info@tech.az