Az | EN

Apple-ın illik gəliri 416,2 milyard dolları ötüb

Cəmil Hüseynzadə
31 Oktyabr 2025 11:02
37 baxış
Apple-ın illik gəliri 416,2 milyard dolları ötüb

Apple 2025-ci maliyyə ilinin nəticələrini açıqlayıb. Şirkətin illik gəliri 416,2 milyard dollar, xalis mənfəəti isə 112 milyard dollar təşkil edib. Ötən il bu göstəricilər müvafiq olaraq 391 milyard və 93,7 milyard dollar idi.

Son rübün gəliri 94,9 milyard dollardan 102,5 milyard dollara yüksəlib. iPhone satışları illik müqayisədə 6% artaraq 49,03 milyard dollar, Mac satışları isə 13% artımla 8,7 milyard dollar olub. iPad gəliri dəyişməyərək 6,9 milyard dollar səviyyəsində qalıb.

İlin yekunlarına əsasən, iPhone şirkətə 209,5 milyard dollar, Mac – 33,7 milyard, iPad – 28,02 milyard qazandırıb.

Xidmətlərdən əldə edilən gəlir (App Store, Apple Music, Apple Pay və iCloud) rübdə 15% artaraq 28,8 milyard dollar, il ərzində isə 109,16 milyard dollar olub.

Aksesuarlar və geyilə bilən cihazlar (AirPods, Apple Watch və s.) üzrə gəlir isə bir qədər azalıb – rübdə 9,01 milyard, il ərzində isə 35,6 milyard dollar təşkil edib.

© copyright 2022 | tech.az | info@tech.az