Az | EN

Apple Music Classic tətbiqi Android-ə gəlir

Səbinə Eyvazova
31 May 2023 15:30
331 baxış
Apple Music Classic tətbiqi Android-ə gəlir

Apple klassik musiqi sevərlərə təqdim etdiyi Apple Music Classic tətbiqini Android cihazlarına da gətirir. Tətbiq ilk dəfə bu ilin mart ayında iOS platforması üçün istifadəyə verilib, dizaynı ilə istifadəçilərin klassik musiqiləri kəşf edib dinləmələrini asanlaşdırır. 

Android istifadəçiləri proqramı Google Play Store-dan endirə bilər. Ayrı bir proqram olmasına baxmayaraq, fərdi abunəlik ayda 10,99 dollar, ailə abunəliyi isə ayda 16,99 dollar olan Apple Music abunəliyinin bir hissəsidir.

Apple Music Classical beş milyondan çox klassik musiqi təqdim edir. İstifadəçilər həmçinin bəstəkar, dirijor, rəssam və ya musiqi aləti kimi açar söz birləşmələrindən istifadə edərək axtarış edə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az