Az | EN

“Apple” şirkəti Avropanın smartfon bazarında geriləyib

Bənövşə Kazımova
21 Noyabr 2022 11:18
431 baxış
“Apple” şirkəti Avropanın smartfon bazarında geriləyib

2022-ci ilin üçüncü rübündə Avropanın smartfon bazarında “Apple”ın tədarükləri 12 faiz azalıb, “Xiaomi”nin tədarükləri isə 4 faiz artıb.

Beləliklə, “Xiaomi” “Apple”ı geridə qoyaraq ikinci yeri tutub. Avropanın smartfon bazarı əvvəlki illə müqayisədə 16 faiz azalsa da, bazar analitikləri iqtisadi çətinliklərə görə tədarüklərin 40 milyondan bir qədər çox olduğunu bildirir.

"Samsung"un Avropadakı smartfon bazarındakı payı isə 2022-ci ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 33 faizə düşüb. Digər tərəfdən, Cənubi Koreya markası ikinci rübdə smartfon tədarükünü 12,1 milyondan üçüncü rübdə 13,5 milyon ədədə çatdırıb. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumuna görə "Apple" və "Samsung" Rusiya bazarından çəkilib. Bunun sayəsində "Xiaomi" və "Realme" Rusiya bazarında satışlarını artırıblar.

© copyright 2022 | tech.az | info@tech.az