Az | EN

Apple WWDC 2023 sərgisində yeni MacBook modellərini təqdim edə bilər

Səbinə Eyvazova
01 İyun 2023 16:05
240 baxış
Apple WWDC 2023 sərgisində yeni MacBook modellərini təqdim edə bilər

Çox gözlənilən WWDC 2023-ə sayılı günlər qalıb. Apple-ın uzun müddətdir üzərində işlədiyi virtual reallıq eynəklərini WWDC çərçivəsində təqdim edəcəyi gözlənilir.

Görünür, proqram əsaslı bir konfrans olan WWDC bu il müxtəlif hardware məhsulları ilə qarşımızda olacaq.

Bloomberg-dən Mark Qurman Apple WWDC 2023 sərgisində yeni MacBook modellərinin də təqdim edilə biləcəyini qeyd edib.

Qurmanın bildirdiyinə görə, WWDC 2023-dəki məhsulları arasında yeni 15,5 düymlük MacBook Air modeli də var. Onu da qeyd edək ki, 15,5 düymlük ekran ölçüsü MacBook Air ailəsi üçün bir ilkdir. Hazırkı MacBook Air modelinin ekran ölçüsü 13,6 düymdür.

WWDC 2023 sərgisində təqdim edilməsi gözlənilən digər MacBook modeli yenilənmiş MacBook Pro modeli olacaq. 13 düymlük ekran ölçüsünə sahib olacağı gözlənilən yeni MacBook Pro, eynilə MacBook Air modeli kimi M2 çipindən güc alacaq.

Tədbirdə görülə biləcək digər məhsullar isə Mac Pro və Mac Studio-dur. Hər iki modelin yeni çiplərlə yenilənməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az