İlk kommersiya uçuşunu iki Airbus peyki ilə həyata keçirməsi planlaşdırılan Vega C raketinin buraxılış missiyası uğursuz olub.
Bu barədə Arianespace şirkəti tərəfindən məlumat verilib. Şirkətin açıqlamasında Fransanın Qayana Kosmik Mərkəzindən Vega C raketinin buraxılması cəhdinin uğursuzluqla nəticələndiyi bildirilib. Belə ki, açıqlamada uçuşun qrafikə uyğun olaraq baş tutduğu, ilk mərhələlərin planlaşdırıldığı kimi getdiyi, təxminən 2 dəqiqə 27 saniyə sonra ikinci mərhələ olan Zefiro 40-da isə problem olduğu qeyd olunub.
Vurğulayaq ki, Vega C raketi ilk kommersiya uçuşunu həyata keçirməli və Airbus şirkəti tərəfindən istehsal olunan Pleiades Neo 5 və 6 Yer müşahidə peyklərini orbitə çıxarmalı idi.