Az | EN

“Azərbaycan Dəmir Yolları" 1,7 milyon manatlıq “Microsoft” məhsulları aldı

Cəmil Hüseynzadə
06 Noyabr 2023 10:50
707 baxış
“Azərbaycan Dəmir Yolları" 1,7 milyon manatlıq “Microsoft” məhsulları aldı

“Azərbaycan Dəmir Yolları" QSC "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması", "Müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsinin satın alınması", "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması" və “Microsoft” məhsullarının satın alınması" ilə bağlı tenderləri yekunlaşdırıb. Qalib şirkətlər müvafiq olaraq "SMARTIT" MMC, "B2B GROUP" MMC, "İNFİNİTECH" MMC və "BUZ TECH" MMC şirkətləridir.

“Azərbaycan Dəmir Yolları" "SMARTIT" MMC ilə 4 milyon 307 min manatlıq, "B2B GROUP" MMC ilə 985 min manatlıq, "İNFİNİTECH" MMC ilə 1 milyon 67 min manatlıq, "BUZ TECH" MMC ilə 1 milyon 731 min müqavilə imzalayıb."İNFİNİTECH" ilə bağlanmış müqavilə son nəsil 240 ədəd noutbukun satın alınmasını nəzərdə tutur. "B2B GROUP" şirkətistansiyaların naqilsiz internet ilə təmin edilməsini, "SMARTIT" MMC şirkəti isə İKT təhlükəsizlik məhsullarının və lisenziyaların yenilənməsini, BUZ TECH" şirkəti isə “Microsoft” şirkətinin "Windows 11 Pro" və "Office 365" məhsullarının ADY-yə satışını həyata keçirəcək.
©Marja.az

© copyright 2022 | tech.az | info@tech.az